...

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2010 10:01 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 26-da saat 17:10-dan 17:50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Həmin gün saat 19:40-dan 19:50-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ermənistan silahlı      qüvvələri, həmçinin, sentyabrın 27-də saat 04:50-dən 05:20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alxanlı və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

saat 02:15-dən 02:45-dək Tərtər rayonu Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti