...

ATƏT-in səhra missiyası separatçı rejimin nümayəndələri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2010 14:13 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (RF) və Bernar Fasye (Fransa) onları müşayiət edən ekspertlərlə vəziyyətlə tanışlıq üzrə səhra missiyasının həyata keçirilməsi çərçivəsində Dağlıq Qarabağda olublar, - məlumatı "Ermənistan xəbərləri" agentliyi yayıb.
ATƏT-in səhra missiyası separatçı rejimin nümayəndələri ilə görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (RF) və Bernar Fasye (Fransa) onları müşayiət edən ekspertlərlə vəziyyətlə tanışlıq üzrə səhra missiyasının həyata keçirilməsi çərçivəsində Dağlıq Qarabağda olublar, - məlumatı "Ermənistan xəbərləri" agentliyi yayıb.

Xankəndidə Minsk qrupunun separatçı rejimin nümayəndələri ilə görüşü zamanı, missiyanın həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in qiymətləndirmə missiyası Bakının təşəbbüsü ilə Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyəti öyrənir. Minsk qrupunun həmsədrləri sonuncu səfər zamanı həmin ərazilərdə vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal edilmiş ərazilərdə vəziyyət haqqında hesabat hazırladıqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti