...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2010 09:49 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 16.15-dən 16.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 16.15-dən 16.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 20.20-dən 20.35-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.30-dan 22.35-dək Ağdam rayonunun Yusifjanlı kəndi yaxınlığında yerləşən mövqelərdən:

- saat 22.00-dan 23.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti