...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2010 10:16 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 23.25-dən 23.30-dək, 24.40-dan 24.45-dək və oktyabrın 25-də saat 00.20-dən 00.30-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 24-də saat 23:25-dən 23:30-dək, 00:40-dan 00:45-dək və oktyabrın 25-də saat 00:20-dən 00:30-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 00:35-dən 00:40-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən  Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti