...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2010 10:28 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, erməni hərbçiləri noyabrın 1-də saat 09:15-dən 09:20-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12:45-dən 13:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:15-dən 19:30-dək və 22:40-dan 23:00-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti