...

Dağlıq Qarabağ probleminin qarşılıqlı həlli Cənubi Qafqaz regionuna sabitlik gətirəcək – Ukrayna XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2010 18:07 (UTC +04:00)
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə qarşılıqlı şəkildə nizamlanması Cənubi Qafqaz regionunda çiçəklənmə və sabitliyə gətirib çıxaracaq.
Dağlıq Qarabağ probleminin qarşılıqlı həlli Cənubi Qafqaz regionuna sabitlik gətirəcək – Ukrayna XİN rəhbəri

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir А.Qasımova/

Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə qarşılıqlı şəkildə nizamlanması Cənubi Qafqaz regionunda çiçəklənmə və sabitliyə gətirib çıxaracaq. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat verir.

"Mən münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanması istiqamətində, xüsusilə də zor tətbiq edilməməsi, ərazi bütövlüyü, hüquq bərabərliyi prinsiplərində ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəkləyirəm", - bu barədə nazir Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti