...

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməkdə tam qətiyyətlidir – Baş nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 12:13 (UTC +04:00)
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi yalnız balanslaşdırılmış, danışıqlar yolu ilə əldə olunan siyasi qərarla mümkün ola biləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına var gücü ilə kömək etməkdə tam qətiyyətlidir. Bunu Fransanın Baş naziri Fransua Fiyon Astanada ATƏT sammitində bəyan edib.
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməkdə tam qətiyyətlidir – Baş nazir

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi yalnız balanslaşdırılmış, danışıqlar yolu ilə əldə olunan siyasi qərarla mümkün ola biləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına var gücü ilə kömək etməkdə tam qətiyyətlidir. Bunu Fransanın Baş naziri Fransua Fiyon Astanada ATƏT sammitində bəyan edib.

"Qarabağ münaqişəsi ABŞ, Rusiya və Fransa prezidentlərinin Akvil və Muskokada verdikləri bəyanatlarda xatırladılan prinsip və elementlər əsasında nizamlanmalıdır", - o, bildirib.

Fiyon Astanadakı ATƏT sammitində MDB məkanındakı həlli yubanan münaqişələrlə - Dnestryanı, gürcü-osetin və Dağlıq Qarabağ problemi ilə bağlı öz ölkəsinin mövqeyini təqdim edib.

2010-cu ildə Kanadanın Muskoka şəhərində keçirilən "Böyük səkkizlik" sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Dmitri Medvedev və Nikolya Sarkozi ATƏT-in Minsk Qqupunun həmsədr ölkələri kimi birgə bəyannamə qəbul ediblər. Həmin bəyannamədə münaqişə tərəflərini Sülh sazişi layihəsi üzərində işləməyə başlamaq üçün nizamlanmanın əsas prinsipləri üzərində işləri sürətləndirməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti