...

Yerevan ilkin şərt olmadan iki Azərbaycan əsgərini qaytarmağa razıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 12:06 (UTC +04:00)
Erməni tərəfinin sərəncamında iki azərbaycanlı hərbi əsir var ki, Yerevan hansısa ilkin şərt olmadan onların Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) vasitəsilə qaytarmağa hazırdır.
Yerevan ilkin şərt olmadan iki Azərbaycan əsgərini qaytarmağa razıdır

Erməni tərəfinin sərəncamında iki azərbaycanlı hərbi əsir var ki, Yerevan hansısa ilkin şərt olmadan onların Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) vasitəsilə qaytarmağa hazırdır.

Trend-in məlumatına görə, etibarlı mənbələrdən "Mediamaks" agentliyinə məlum olub ki, onların Azərbaycan tərəfinə verilməsi yalnız hərbi əsirlərin özlərinin bunu istəmədiyi halda baş tutmaya bilər.

Martın 14-də Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, martın 5-də Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında əldə olunan razılaşmaya əməl edərək, azərbaycanlı hərbi əsirlərin qaytarılmasına hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti