...

Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək təklif etməyə hazırdır - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 13:35 (UTC +04:00)
Avstriya Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Ermənistan və Azərbaycanı danışıqlar yolu ilə münaqişənin həllinin axtarışı üzrə öz səylərini ikiqat artırmağa çağırır və bu istiqamətdə dəstək təklif etməyə hazırdır.
Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək təklif etməyə hazırdır - XİN rəhbəri

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Qasımova/

Avstriya Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Ermənistan və Azərbaycanı danışıqlar yolu ilə münaqişənin həllinin axtarışı üzrə öz səylərini ikiqat artırmağa çağırır və bu istiqamətdə dəstək təklif etməyə hazırdır. Avstirya XİN rəhbəri Mixael Şpindelegger bildirib. Trend-in məlumatına görə, bu barədə ölkə XİN-dən bildirilib.

"Avstriya fəal şəkildə hər iki münaqişə tərəfini Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə və ATƏT çərçivəsində etimad və təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələsinə baxmağa çağırır", - Şpindelegger Vyanada "Avstriyanın Qara dəniz və Xəzər regionunda xarici siyasəti" mövzusunda illik mühazirədə çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, Avstriya regiondan olan tərəfdaşlarla müntəzəm əlaqələri zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının vacibliyini qeyd edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti