...

Ermənistan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 16:19 (UTC +04:00)
Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistana regional səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Ermənistan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistana regional səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Sarkisyan Ermənistan tərəfinin Rusiya Prezidentinin vasitəçiliyi ilə Soçidə keçirilən sonuncu üçtərəfli görüş zamanı əldə edilən razılıqlar çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Ermənistan Prezidentinin mətbuat xidmətindən "Armenpress" agentliyinə məlumat verilib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar çərçivəsində gələcək addımları müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti