Azərbaycan, Bakı, 2 may /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 1-də saat 13.10-dan 13.15-dək və 18.25-dən 18.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnə Qışlaq kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- mayın 2-də saat 03.40-dan 03.54-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.