Azərbaycan, Bakı, 25 may /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 24-də saat 17.20-dən 17.38-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Baremakavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqedərimizi;
- saat 23.40-dan 23.50-dək və 23.50-dən 00.00-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.25-dən 00.30-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.30-dan 01.20-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
