...

Azərbaycanın xarici işlər naziri Minsk qrupunun həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2011 10:19 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri ilə Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Minsk qrupunun həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradke ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məmmədyarovla Bradke arasında görüş Azərbaycan XİN rəhbərinin ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonda baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti