...

Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün istənilən imkandan istifadə etmək lazımdır - Karl Bildt

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2011 13:09 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən imkandan istifadə etmək lazımdır. İsveçin xarici işlər naziri Karl Bildt Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə mətbuat-konfransında bəyan edib.
Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün istənilən imkandan istifadə etmək lazımdır - Karl Bildt

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Konyayeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən imkandan istifadə etmək lazımdır. Trend-in məlumatına görə, İsveçin xarici işlər naziri Karl Bildt Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə mətbuat-konfransında bəyan edib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansı irəliləyiş münaqişənin həllinə doğru atılan addımdır", - Bildt bildirib.

Bildt hesab edir ki, Avropada, o cümlədən, İsveçdə ərazi mübahisələrinin həlli modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə tətbiq oluna bilər.

Onun sözlərinə görə, Azərbaycan və İsveçin nazirləri assosiasiyalar haqqında sazişi də müzakirə ediblər.

Bildt bildirib ki, görüşdə siyasi və ticari-iqtisadi, eləcə də investisiya məsələləri də müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti