...

Kazan sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər haqqında sənəd imzalana bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2011 16:28 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər.
Kazan sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər haqqında sənəd imzalana bilər

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər. Trend-in məlumatına görə, bu barədə İTAR TASS-a danışıqlara hazırlığın gedişi ilə tanış olan ekspert deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər" adı altında sənədin imzalanması və ya onun mətninə dair razılaşdırma prosesində əhəmiyyətli irəliləyiş ola bilər", - o qeyd edib.

Bu gün Kreml təsdiq edib ki, növbəti üçtərəfli görüş iyunun 24-də Kazanda keçiriləcək. Bu görüş 2009-cu ildən bəri say etibarilə artıq doqquzuncu - bu il isə ikinci olacaq. "Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır", - Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bundan əvvəl məlumat vermişdi ki, "gözləntilər böyükdür. Əldə olunan razılaşmalara əsasən, qarşıdakı sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər haqqında tam layihənin müzakirəsi nəzərdə tutulur".

O qeyd edib ki, bu sənədin xülasəsi üç ölkənin xarici işlər nazirlərinin apreldə və iyunda Moskvada keçirilmiş görüşlərində razılaşdırılıb.

"Aparılan müzakirələr zamanı bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Prezidentlər bu işlərə baxacaqlar və müvafiq qərar qəbul edəcəklər", - diplomat bildirib.

"Rusiya tərəfi irəliləyiş olacağına və prosesin bundan sonra daha fəal gedəcəyinə ümid edir", - Lukaşeviçq eyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti