...

Apardığı işğal siyasəti Ermənistanı məhvin bir addımına gətirib çıxarıb - millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2011 17:10 (UTC +04:00)
Apardığı işğal siyasəti Ermənistanı məhv olmağın bir addımına gətirib çıxarıb. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına millət vəkili İmamverdi İsmayılov bildirib.
Apardığı işğal siyasəti Ermənistanı məhvin bir addımına gətirib çıxarıb - millət vəkili

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Apardığı işğal siyasəti Ermənistanı məhv olmağın bir addımına gətirib çıxarıb. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına millət vəkili İmamverdi İsmayılov bildirib.

"Artıq erməni ziyalıları adlanan həmin təbəqə reallığı tam dərk edib. Onlar Azərbaycan ilə Ermənistanın istər hərbi, istər iqtisadi, istərsə də beynəlxalq arenadakı vəziyyətinin eyni olmadığını yaxşı bilirlər. Bu gün Ermənistan əhalisi bu ölkənin rəhbərliyi tərəfindən aparılan işğal siyasəti ilə hara sürükləndiklərini dərk edirlər", - İsmayılov əlavə edib.

Bir qrup erməni ziyalının Ermənistanın Baş naziri Tiqran Sarkisyana və parlamentin sədri Hovik Abramyana müraciətini şəhr edən millət vəkili qeyd edib ki, Ermənistanda gedən bu prosesin qarşısını almaq mümkün olmayacaq.

"Müraciətdə göstərilir ki, kəndlər və kiçik şəhərlər sürətlə boşalır, Ermənistanda quru vətənpərvərlik adı altında korrupsiya tüğyan edir, əhalinin hüquqları addımbaşı pozulur. Göstərilir ki, bu ilin 4 ayı ərzində ölkəyə gələnlər və ölkədən gedənlər arasında mənfi saldo 47 610 nəfər olub. İqtisadiyyatı iflic vəziyyətdə olan ölkə üçün bu qədər işçinin nə demək olduğu hər kəsə aydındır. Son 2 il yarımda isə 250 min erməni vətənini tərk edib. Bütün bunların bir səbəbi də Ermənistanın Azərbaycan torpaqlarını işqğal altında saxlaması nəticəsində bu ölkənin özünü regionun ümumi inkişaf tendensiyasından kənarda qoymasından irəli gəlir. Bu gün Cənubi Qafqaz regionu Gürcüstanın və regionun lider dövləti Azərbaycanın timsalında dünyanın ən yüksək inkişaf tempinə malik ərazilərindən sayılır. Apardığı işğal siyasəti isə Ermənistanı məhvin bir addımına gətirib çıxarıb. Vaxtilə onları dəstəkləyən erməni lobbisi də öz gücünü itirir və bu da Ermənistanın xaricdən maliyyə dəstəyini itirməsinə səbəb olub", - millət vəkili vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti