...

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2011 10:48 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.
Məlumata görə, ermənilərin Füzuli rayonu istiqamətində açdığı atəş nəticəsində leytenant Abdıyev Akif Şakir oğlu xəsarət alıb. Zabit hospitala yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 20:00-dan 20:15-dək və 23:45-dən 00:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Xəbər lenti

Xəbər lenti