...

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Ermənistanın Qarabağ münaqişəsi üzrə hər bir addımına reaksiya verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2011 11:52 (UTC +04:00)
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Dağlıq Qarabağ məsələsində erməni tərəfinin atdığı hər bir addıma reaksiya verir.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Ermənistanın Qarabağ münaqişəsi üzrə hər bir addımına reaksiya verir

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Dağlıq Qarabağ məsələsində erməni tərəfinin atdığı hər bir addıma reaksiya verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.

"Dağlıq Qarabağ münaqişəsi daim BMT-nin gündəliyindədir və Azərbaycanın Daimi Nümayəndəliyi bu məsələ ilə bağlı erməni tərəfinin qəbul etdiyi hər bir addımın reaksiyasını təşkil edir, baş katibi və təşkilata üzv olan bütün ölkələri məlumatlandırır", - Mehdiyev bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə yeni qətnamənin layihəsi hazırdır və əgər ölkə rəhbərliyi icazə verərsə, o, müzakirəyə çıxarılacaq.

Səfir qeyd edib ki, BMT Baş Assambleyası artıq dörd qətnamə qəbul edib və şübhə yoxdur ki, yeni qətnamə qəbul olunarsa, BMT onun yerinə yetirilməsi haqqında qərar qəbul edəcək.

BMT-də islahatların aparılması məsələsinə toxunan Mehdiyev qeyd edib ki, Azərbaycan daim bunu dəstəkləyib, lakin təşkilatda dəyişikliklərin bir neçə ay ərzində baş verəcəyini düşünmək doğru olmazdı. Daimi nümayəndə bildirib ki, bunun üçün vaxt lazımdır.

Xəbər lenti

Xəbər lenti