...

Rusiya XİN rəhbərinin müavini Aİ-nin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2011 15:02 (UTC +04:00)
Rusiyanın xarici işlər nazirinin müavini və stats-katibi Qriqori Karasin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu onun xahişi ilə 14 sentyabrda qəbul edib.
Rusiya XİN rəhbərinin müavini Aİ-nin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın xarici işlər nazirinin müavini və stats-katibi Qriqori Karasin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu onun xahişi ilə 14 sentyabrda qəbul edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN məlumat verib.

Görüş zamanı Cənubi Qafqaz problematikası, o cümlədən Aİ-nin Cenevrə danışıqlarındakı həmsədrliyi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, görüşdə Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti