...

AŞPA Dağlıq Qarabağda keçirilən qondarma "bələdiyyə seçkiləri"ni kəskin pisləyən yazılı bəyanat qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2011 13:17 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma "bələdiyyə seçkiləri"ni kəskin pisləyən yazili bəyanat qəbul edilib.
AŞPA Dağlıq Qarabağda keçirilən qondarma "bələdiyyə seçkiləri"ni kəskin pisləyən yazılı bəyanat qəbul edib

Trend-i buradan izləyin

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma "bələdiyyə seçkiləri"ni kəskin pisləyən yazili bəyanat qəbul edilib. Trend-in məlumatına görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri imza atıblar.

Millət vəkillərinin imzaladığı bu sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul edilib. AŞPA sədri tərəfindən Assambleyada elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi assambleyada yayılıb.

"Ermənistan AŞPA-nın digər üzvü olan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamağı davam etdirir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək, Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırmışdı. Buna baxmayaraq, Ermənistan bir daha bilərəkdən AŞPA və BMT qətnamələrinə məhəl qoymayaraq, 2011-ci ilin sentyabr ayının 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qeyri-qanunu, separatçı rejim, tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası"nda qeyri-qanunu bələdiyyə seçkiləri keçirib. Bu qeyri-qanunu seckilər beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ munaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirələr prossesinə də ciddi zərbə vurub. Ermənistanin bu addımları həmçinin onsuz da gərgin olan regionda vəziyyəti daha da gərginləşdirir", - sənəddə deyilir.

AŞPA-nın qəbul etdiyi bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni, qondarma "seckilər"in dunyanın əksər beynəlxalq təşkilatları tərəfindən kəskin pislənildiyi də vurğulanır.

"Bunları nəzərə alaraq, Assamleya bu qeyri-qanuni seçkiləri kəskin pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni, beynəlxalq huquqa zidd addımları dayandırmağa çağırır. Çünki bu addımlar beynəlxalq huquqa və beynəlxalq təşkilatların müvafiq qətnamələrinə zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir və təhlükə altına salır, bölgədə vəziyyəti gərginləşdirir. Assambleya Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır", - bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti