...

Ermənistan ATƏT MQ-nin həmsədri kimi ABŞ-ın vasitəçilik səylərinə əhəmiyyət verir - Sarkisyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2011 11:44 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, ölkəsi daima ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın vasitəçilik səylərinə əhəmiyyət verir.
Ermənistan ATƏT MQ-nin həmsədri kimi ABŞ-ın vasitəçilik səylərinə əhəmiyyət verir - Sarkisyan

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, ölkəsi daima ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın vasitəçilik səylərinə əhəmiyyət verir. Trend-in "Mediamaks"a istinadən verdiyi xəbərə görə, Sarkisyan bunu oktyabrın 19-da ABŞ dövlət katibinin müavini Uilyam Börnsü qəbul edərkən deyib.

Sarkisyan bildirib ki, Ermənistan ABŞ-la münasibətlərinə ölkədə islahatların, iqtisadi inkişafın və regional sabitliyin həyata keçirilməsinin təmin olunması şərti kimi baxır.

Prezident qeyd edib ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş vasitəçilik səylərinə də əhəmiyyət verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti