...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2011 10:22 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir M.Əliyev/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 11-də saat 13.45-dən 14.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti