...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vilnüsdə görüşü hələlik nəzərdə tutulmur (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2011 11:49 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vilnüsdə görüşü hələlik nəzərdə tutulmur (ƏLAVƏ OLUNUB)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vilnüsdə görüşü hələlik nəzərdə tutulmur (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (İlk xəbər 11:27-də yayılıb)

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın sonlarında regiona səfərindən hər hansı nəticə gözləmir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir, lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi, vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir", - Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əzimov deyib ki, prezidentlərin Kazan görüşündən sonra vəziyyət aydın olsa da, danışıqlar bir növ, durğunluğa düşüb. Digər tərəfdən isə Fransa Prezidentinin Yerevana və Bakıya səfəri bir nəticə vermədi.

XİN rəsmisi bildirib ki, xarici işlər naziri Elmar Məmmədyarov dekabrın əvvəlində Vilnüsdə ATƏT-in Nazirlər Şurasının konfransında iştirak edəcək. Lakin Məmmədyarovun hələlik erməni həmkarı ilə görüşü planlaşdırılmır.

Xəbər lenti

Xəbər lenti