...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2012 09:33 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 11-də saat 11:45-dən 12:00-dək və 15:55-dən 15:58-dək Tərtər rayonunun Nəmirli və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti