...

Ermənistan XİN-in rəhbəri Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü haqqında məlumatı təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2012 13:55 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli formatda gələcək görüşü haqqında məlumatı təsdiqləyib.
Ermənistan XİN-in rəhbəri Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü haqqında məlumatı təsdiqləyib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Ermənistanın xarici işlər naziri Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli formatda gələcək görüşü haqqında məlumatı təsdiqləyib. Bu barədə nazir Edvard Nalbandyan yanvarın 16-da mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri News.am yayıb.

"Üçtərəfli görüş haqqında razılaşma əldə olunub, görüşün yeri və tarixi barədə yaxın vaxtlarda məlumat veriləcək", - Nalbandyan dəqiqləşdirib.

Nazir görüşün formatı barədə suala cavab verərkən deyib ki, bu format öz həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Nalbandyan üçtərəfli əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə Rusiya prezidenti Dmitriy Medvedevin iştirakı ilə iyunun 24-də Kazanda görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti