...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2012 09:37 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 7-də saat 15.50-dən 16.00-dək və 19.00-dan 19.10-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti