...

Qazaxıstanda Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi "Sözün bitdiyi zaman" filmi nümayiş olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 18:13 (UTC +04:00)
İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Qazax Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Qazaxıstanda Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi "Sözün bitdiyi zaman" filmi nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Qazax Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi "Sözün bitdiyi zaman" filmi iştirakçılar üçün nümayiş etdirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Gürcüstan və Latviyanın Astanadakı səfirləri, həmçinin Ukrayna, Belarus və Türkiyə səfirliklərinin əməkdaşları, Qazaxıstan Xalqı Assambleyasının nümayəndələri, "Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyası"nın üzvləri, yerli diasporun nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Zakir Həşimov Xocalı faciəsi, eləcə də Ermənistanın Azərbaycana təcavüzü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 20 il bundan öncə törədilmiş Xocalı soyqırımının Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən böyük faciə olduğunu qeyd edib və Xocalı faciəsinin dəhşətləri barədə danışaraq onub müasir tarixin insanlığa qarşı törədilmiş ən amansız cinayəti olduğunu bildirib.

Soyqırım zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin rektoru Sarsenqali Abdımanapov çıxış edərək Xocalı soyqırımının yalnız azərbaycanlılara deyil, ümumən insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd edərək, buna hüquqi və siyasi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Tədbir çərçivəsində iştirakçılar üçün "Sözün bitdiyi zaman" filmi nümayiş etdirildi, foyedə Xocalı soyqırımına həsr olunmuş kitab və fotoşəkillərdən ibarət stend təşkil edildi.

Tədbir çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyasının internet saytı (www.justiceforkhojaly.org) barədə geniş məlumat çatdırılıb, rep janrında yazılmış "Xocalıya ədalət" adlı musiqi və klip təqdim edilib, foyedə Xocalı soyqırımına həsr olunmuş kitab və fotoşəkillərdən ibarət stend təşkil edilib.

Tədbir zamanı iştirakçılara Xocalı hadisələrinə dair ədəbiyyat, səfirliyin press-relizi və "Xocalıya ədalət" adlı musiqi diskləri paylanıb.

Tədbirin sonunda iştirakçılar üçün ehsan süfrəsi təşkil edilib.

Video Player
Xəbər lenti

Xəbər lenti