...

Ziyafət Əsgərov: Xocalıda törədilən qətliamda Ermənistan Silahlı Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 13:15 (UTC +04:00)
Xocalıda törədilən qətliamda Ermənistan Silahlı Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edirdi.
Ziyafət Əsgərov: Xocalıda törədilən qətliamda Ermənistan Silahlı Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Xocalıda törədilən qətliamda Ermənistan Silahlı Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edirdi. Trend-in məlumatına görə, parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasındakı çıxışında deyib.

Ziyafət Əsgərov bildirilib ki, Qaradağlıda 80 dinc azərbaycanlı uşaq və qadın öldürülüb, kənd yer üzündən silinib.

Onun sözlərinə görə, Qarabağda Şuşadan sonra azərbaycanlıların ən çox yaşadığı Xocalı ermənilərin hədəfi olub. Şəhərdə 7 mindən çox insan yaşayıb. Xocalı şəhərinin yer üzündən silinməsi əvvəlcədən planlaşdırılıb. Bununla bağlı çağırışlar Xənkəndində və Yerevanda keçirilən mitinqlərdə səsləndirilib. Yanvarın 28-də 44 sərnişinin olduğu vertolyot vurulduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilib.

"Xocalıda törədilən qətliamda Ermənistan Silahlı Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edirdi. Şəhərdə kütəlvi qırğın törədilib. Qaçmağa çalışan insanlara qarşı yollarda pusqular qurularaq öldürülüb. Xocalıya hücumda 366-cı alayın 2-ci taborunun komandiri Seyran Ohanyan və digər erməni komandirlər iştirak ediblər. Qırğında iştirak edənlər arasında Xankəndi Daxili İşlər Şöbəsinin rəhbəri olmuş Armo Ağramyan, Əsgəran Daxili İşlər Şöbəsinin rəhbəri olmuş Mart Kukasyan və Vitali Balasyan da daxili olmaqla, 39 nəfərin iştirak etdiyi istintaqla müəyyənləşdirilib", - birinci vitse-spiker deyib.

Əsgərov qeyd edib ki, 366-cı alay tez-tələsik Xankəndindən çıxarılaraq Gürcüstana aparılıb, texnikanın bir hissəsi ermənilərə verilib. Bir neçə gün sonra faciə yerinə gedən KİV təmsilçilərinə əngəl törədilməyib və bu da göstərir ki, ermənilərin məqsədi əhalini qorxutmaq, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirmək olub.

Əsgərov Xocalıda törədilən qətliamın soyqırımla bağlı beynəlxalq konvensiyaya uyğun gəldiyini vurğulayıb.

"O şəhərdəki insanlar məhz azərbaycanlılar olduğuna görə öldürülüb. Xüsusən, hamilə qadınlar daha vəhşiliklə öldürülüb. Bu, azərbaycanlılara qarşı etnik təmizləmənin növbəti mərhələsini təşkil edib. 1905, 1907 və 1918-ci illərdə Qərbi Azərbaycanda, Bakıda, Qubada və digər yerlərimizdə ermənilər kütləvi şəkildə azərbaycanlıları qətlə yetiriblər. Ermənistanda yüz minlərlə azərbaycanlı kompakt halda yaşadığı halda onlara muxtariyyət verilməyib, Dağlıq Qarabağda bir ovuc erməniyə muxtariyyət verilərək gələcək faciələrin əsası qoyulub", - Əsgərov deyib.

Xəbər lenti

Xəbər lenti