...

Diplomatik Akademiyada Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 19:56 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə anma mərasimi keçirilib.
Diplomatik Akademiyada Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə anma mərasimi keçirilib. Tədbirdə ADA-nın müəllim-professor heyəti, tələbələri və xarici qonaqlar iştirak ediblər.

ADA-dan cümə günü Trend-ə veriən məlumata görə, mərasimi giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə Xocalı soyqırımının baş verdiyi dövrü mərasim iştirakçılarına xatırladıb. O qeyd edib ki, Azərbaycan xalqı keçmişini unutmayan, şəhidlərini daima anan, lakin parlaq gələcəyə ümidlə baxan bir xalqdır. Xocalı hadisələrinin Qarabağ münaqişəsində dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb.

Daha sonra ADA-nın magistrləri Fərid Osmanov və Şəhla Abbəkirova bu soyqırım zamanı baş verənləri tədbir iştirakçılarına təqdimat və film vasitəsilə bir daha xatırladıblar. Mərasim "Justice for Khojaly" ("Xocalıya Ədalət") ictimai kampaniyasının Azərbaycan üzrə nümayəndəsi Nicat Məmmədlinin təqdimatı ilə davam edib.

Sonda mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Xəbər lenti

Xəbər lenti