Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun iki əsgəri şəhid olub.
Trend-in bölgə müxbirinin məlumatına görə, martın 2-dən 3-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində 1993-ci il təvəllüdlü, Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vüqar Bəxtiyar oğlu Dibilov və 1992-ci il təvəllüdlü, Qusar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Seyidəli Şıxislam oğlu Şidəliyev şəhid olub.
Müdafiə Nazirliyi hələki rəsmi məlumat yaymayıb.