...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2012 11:02 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 11:10-dan 11:15-dək, martın 27-də saat 00:30-dan 00:40-dək, 02:40-dan 02:45-dək və 02:20-dən 02:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi; saat 02:55-dən 03:10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:40-dan 05:50-dək, 05:45-dən 05:50-dək və 05:50-dən 06:00-dək Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti