...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2012 12:01 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub.
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, cəbhədə gərginlik davam edir.

Ötən gün əksər istiqamətlərdə intensiv atışmalar olub. Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 10.40-dan 10.50-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.25-dən 13.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.20-dən 13.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 14.45-dən 14.55-dək Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.00-dan 16.30-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 16.10-dan 16.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi, saat 17.25-dən 17.31-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi, saat 18.35-dən 18.45-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi, saat 23.55-dən 00.05-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 14-də saat 00.05-dən 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.20-dən 05.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti