...

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maksimum səy göstərəcək - Ali Radanın sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2012 13:51 (UTC +04:00)
Ukrayna ATƏT-ə qarşıdakı sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını formal mövqelərdən tərpətmək üçün mümkün olan və olmayanı etmək məqsədilə maksimum səy göstərmək niyyətindədir.
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maksimum səy göstərəcək - Ali Radanın sədri

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Ukrayna ATƏT-ə qarşıdakı sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını formal mövqelərdən tərpətmək üçün mümkün olan və olmayanı etmək məqsədilə maksimum səy göstərmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirdiyi brifinqdə Ukrayna Ali Radasının spikeri Vladimir Litvin bildirib.

Litvin qeyd edib ki, Ukrayna hazırda 2014-cü ildə ATƏT-ə sədrliyinə hazırlıq görür.

"Ukraynanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi dəyişməzdir. Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ehtiram mövqeyində dayanır və təkid edirik ki, münaqişə sülh yolu ilə həll edilməlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti