...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2012 09:39 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri 4 istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 4 istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər aprelin 19-da saat 09:05-dən 09:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10:15-dən 10:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01:40-dan 01:45-dək və aprelin 20-də 00:35-dən 00:40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00:10-dan 00:15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti