...

ATƏT son günlər gərginlik müşahidə olunan cəbhə xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2012 14:29 (UTC +04:00)
ATƏT son günlər gərgin vəziyyət müşahidə edilən qoşunların təmas xəttində monitorinq keçirəcək.
ATƏT son günlər gərginlik müşahidə olunan cəbhə xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 28 aprel / Trend müxbir K.Zərbalıyeva/

ATƏT son günlər gərgin vəziyyət müşahidə edilən qoşunların təmas xəttində monitorinq keçirəcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Qeyd edək ki, cəbhə xəttində atəşkəs rejimi son günlər intensiv şəkildə pozulur.

Xəbər lenti

Xəbər lenti