Azərbaycan, Bakı, 23 may /Trend/
Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 09.40-dan 10.00-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 23-də 06.00-dan 06.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.40-dan 04.00-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.