Azərbaycan, Bakı, 29 may /Trend/
Ermənistan Silahlı Qüvvələri Füzuli, Ağdam və Xocavənd istiqamətlərində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.40-dək və 21.45-dən 21.50-dək Ağdam rayonunun Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, mayın 29-da saat 02.50-dən 03.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.