Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 30-da saat 10.00-dan 10.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 30-da saat 10.00-dan 10.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar
