...

Bahar Muradova: ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 17:02 (UTC +04:00)
ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Bahar Muradova: ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"ABŞ-ın dünyada münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, onların bu proseslərdəki rolu bəllidir. Siyasi iradəsi olarsa, ABŞ-ın imkanı var ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir etsin", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, Hillari Klintonun verdiyi bəyanatlar nikbinlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər doğurur.

"Düzdür, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşdə özünü göstərəcək. Aydın olan odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq", - Muradova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti