...

Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu aktivləşdirməlidir - türkiyəli nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2012 17:20 (UTC +04:00)
Rusiya və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri nəticə verməyib, buna görə də Türkiyə ümid edir ki, Fransa bu münaqişənin həllində rolunu aktivləşdirəcək.
Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu aktivləşdirməlidir - türkiyəli nazir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Tağıyeva/

Rusiya və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri nəticə verməyib, buna görə də Türkiyə ümid edir ki, Fransa bu münaqişənin həllində rolunu aktivləşdirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Egemen Baxış Fransanın "La Croix" qəzetinə müsahibəsində bildirib.

"Fransa qondarma "erməni soyqırımı"nı müzakirə etmək əvəzinə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı və Ermənistanın təcavüzü nəticəsində evsiz-eşiksiz qalan Azərbaycan qaçqınlarının taleyi haqqında düşünməlidir", - Baxış deyib.

Nazir onu da qeyd edib ki, Türkiyə öz tarixi keçmişindən imtina etmir və dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması ilə bağlı komissya yaratmağa çağırıb.

"Türkiyə dəfələrlə Ermənistanı arxivləri açmağa və tarixi araşdırmaya başlamağa çağırıb. Biz Fransanın da bu araşdırmalarda iştirakına razıyıq", - Baxış qeyd edib.

Xəbər lenti

Xəbər lenti