...

Fransa və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ nizamlaması prosesini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2012 11:37 (UTC +04:00)
Fransanın və Ermənistanın xarici işlər nazirləri Loran Fabuis və Edvard Nalbandyan iyulun 24-də Parisdə Dağlıq Qarabağ nizamlaması prosesini müzakirə ediblər.
Fransa və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ nizamlaması prosesini müzakirə ediblər

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Fransanın və Ermənistanın xarici işlər nazirləri Loran Fabuis və Edvard Nalbandyan iyulun 24-də Parisdə Dağlıq Qarabağ nizamlaması prosesini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Mediamaks xəbər verir.

Nalbandyan Ermənistanın ATƏT MQ-nin həmsədri olan ölkələrin rəhbərlərinin Lakvildə, Muskokda, Dovildə və Los-Kabosda verdikləri bəyanatlar və təqdim etdikləri təkliflər əsasında danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Mediamaks Ermənistan XİN-ə istinadən xəbər verir.

Görüşdə Loran Fabuis və Edvard Nalbandyan İranın nüvə proqramı və Yaxın Şərqdəki vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Edvard Nalbandyan fransalı həmkarını Ermənistana səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti