...

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2012 13:04 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 25 iyul / Trend müxbir K.Zərbalıyeva/

ATƏT-in bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçiriblər.

Xəbər lenti

Xəbər lenti