...

Ermənistan silahlı bölmələrinin təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2012 10:12 (UTC +04:00)
Qoşunların təmas xəttində gərginlik davam edir.
Ermənistan silahlı bölmələrinin təxribatı davam edir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Qoşunların təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Mərzili, Cəvahirli; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti