...

Fransa səfiri: Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişdirilməsi vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2012 17:38 (UTC +04:00)
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo heç kimin marağında deyil və onun dəyişdirilməsi vacibdir.
Fransa səfiri: Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişdirilməsi vacibdir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo heç kimin marağında deyil və onun dəyişdirilməsi vacibdir. DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Fransanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Paskal Mönye çərşənbə günü Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşündə bildirib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Usubov qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə fəaliyyətinə dair yeni qanunvericiliyin işlənib hazırlanmasında Avropa Şurasının ekspertləri kimi Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri də yaxından iştirak ediblər.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı məlumat verib, ölkəmizdə təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən danışıb.

Ölkələrimiz arasında əlaqələrin böyük tarixə malik olduğunu, onların strateji xarakter daşıdığını, hər iki dövlətin istər ikitərfli formatda, istərsə də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq etdiyini xatırladan Ramil Usubov Fransa şirkətlərinin iqtisadiyyatımıza xeyli sərmayə yatırdığını, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Fransaya işgüzar səfərindən sonra dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Paskal Mönye səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi dövlətin regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu nəzərə çatdırıb. Ölkəmizin Fransadakı səfirliyinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirakını xatırladan səfir, fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli və ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti