...

XİN: Azərbaycan Dağlıq Qarabağ məsələsində İƏT ölkələrinin dəstəyini qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2012 15:44 (UTC +04:00)
Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) inkişafına təkan verməyi qarşısına məqsəd qoyub və bunun üçün hər cür səy göstərir.
XİN: Azərbaycan Dağlıq Qarabağ məsələsində İƏT ölkələrinin dəstəyini qiymətləndirir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) inkişafına təkan verməyi qarşısına məqsəd qoyub və bunun üçün hər cür səy göstərir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Bakıda keçirilən iclasında çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın təşkilatdakı sədrliyinin prioritetləri iqtisadiyyat, ticarət, nəqliyyat layihələri kimi sahələr olacaq.

"Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına başlıca problemi olaraq qalır. Münaqişənin həlli üzrə konkret nəticə yoxdur", - o deyib.

XİN rəhbəri İƏT ölkələrinə Dağlıq Qarabağ məsələsində dəstəyə görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti