...

Dağlıq Qarabağın erməni və azərbaycanları icmaları gələcək birgə yaşayış formasını müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2012 12:30 (UTC +04:00)
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları gələcək birgə yaşayış formasını müzakirə edəcəklər.
Dağlıq Qarabağın erməni və azərbaycanları icmaları gələcək birgə yaşayış formasını müzakirə edəcəklər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları gələcək birgə yaşayış formasını müzakirə edəcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin deputatı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib.

Onun sözlərinən görə, hazırda Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi istiqamətində iş aparılır.

"Ancaq bu görüşün vaxtı dəqiq deyil. Görüşdə iki icma arasında itirilmiş əlaqələr, inam və etimadın bərpa edilməsi, gələcəkdə birgəyaşayış forması müzakirə predmeti müzakirə olunacaq", - millət vəkili deyib.

Rzayev qeyd edib ki, bu görüşün baş tutmasında Ermənistanın bugünkü prezidenti Serj Sarkisyan maraqlı deyil.

Görüşün harada və hansı formatda keçirilməsinə gəlincə, Rzayev deyib ki, Azərbaycan tərəfi istənilən yerdə və formatda görüşün reallaşmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti