...

Bayram Səfərov: Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının danışıqlarına imkan vermir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2012 12:25 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması erməni icmasını danışıqlara çağırır.
Bayram Səfərov: Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının danışıqlarına imkan vermir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icmasını danışıqlara çağırır.

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Trend-ə deyib ki, icmalar arasında həmişə görüşlər keçirilməlidir.

"Mən bunu yaxşı dəyərləndirirəm, icmalar həmişə görüşməlidir, sadə adamlar, ziyalılar, mədəniyyət işçiləri bir-biriləri ilə danışmalıdır və bir-birilərini başa düşməlidir, sülh əmin-amanlıq, birgə yaşayış olmalıdır", - Səfərov deyib.

O qeyd edib ki, danışmadan nəyəsə nail olmaq mümkün deyil və elə Ermənistanın da istədiyi odur ki, icmalar arasında danışıqlar olmasın.

Bayramov bildirib ki, icmalar arasında danışıqlar yolu ilə ermənilərə Azərbaycan həqiqətlərini, Azərbaycanda gedən inkişafı başa salmaq lazımdır.

"Onlar mətbuat vasitəsi ilə Azərbaycandakı inkişaf proseslərini görürlər, xəbərləri var, ancaq o qədər də geniş təsəvvürə malik deyillər. Onlar başa düşməlidirlər ki, Azərbaycan onlara hörmətlə yanaşır", - Səfərov deyib.

İB rəhbəri qeyd edib ki, Azərbaycan tərəfi həmişə icmalar arasında danışıqlara hazırdır, ancaq təəssüflər olsun ki, bugünkü Ermənistan hakimiyyəti buna çətinlik yaradır, imkan vermir.

"Hətta bir neçə ay bundan oncə Almaniyada belə bir görüş təşkil olunsa da, ermənilər görüşə gəlməkdən imtina etdilər", - İcma sədri deyib.

2012-ci ilin Dağlıq Qarabağ münaqişəsi baxımından heç bir səmərə vermədiyini deyən Səfərov bu istiqamətdə danışıqların davam etdiyini, lakin çox şeyin Ermənistandan asılı olduğunu diqqətə çatdırıb.

"Münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfi öz üzərinə düşən işləri həyata keçirir və təbii ki, burada Ermənistandan, eyni zamanda orada keçiriləcək prezident seçkilərindən də çox şey asılıdır", - o, deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti