...

Cəmil Çiçək: Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Dağlıq Qarabağ probleminin həllindən asılıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2012 12:02 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək Ankara Yerevan münasibətlərinin Dağlıq Qarabağ probleminin həllindən asılı olduğunu bildirib.
Cəmil Çiçək: Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Dağlıq Qarabağ probleminin həllindən asılıdır

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək Ankara Yerevan münasibətlərinin Dağlıq Qarabağ probleminin həllindən asılı olduğunu bildirib. Trend in məlumatına görə, bu barədə Türkiyənin "Kanal B" telekanalı məlumat verib.

"Dağlıq Qarabağ problemi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasına əngəl yaradır. Azərbaycanın haqlı davasını dəstəkləmək bundan sonra da Türkiyənin xarici siyasətində prioritet mövzulardan biri olacaq", - Çiçək bildirib.

TBMM sədri deyib ki, beynəlxalq hüquq təşkilatlarının Dağlıq qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlərin hüquqlarına biganə yanaşması təəssüf doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti