Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs növbəti dəfə pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.