...

Bahar Muradova: 2013-cü ildə Dağlıq Qarabağ probleminin həllində səylər artacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2012 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, 2013-cü ildə Dağlıq Qarabağ probleminin həllində səylər artacaq.

"Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində daha yaxşı nəticələrə ümid edilməsinə baxmayaraq, nəticələr olmadı. Bu baxımdan 2012-ci ili bu sahədə qeyri-fəal il adlandırmaq olar. Ancaq 2013-cü ildə mən bu istiqamətdə səylərin artacağına ümid edirəm. Çünki həm həmsədrlər, həm bu prosesə cəlb olunmuş ölkələr və eləcə də Azərbaycan dövlətinin rəsmi siyasəti qarşıdakı ildə bu istiqamətdə daha faəl səylərin olacağını göstərir", - Trend-in məlumatına görə, bunu jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.

Muradova bildirib ki, ən azı bu fəallıq Azərbaycan tərəfindən olacaq və Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünün verdiyi imkanlardan istifadə edərək bu problemin daha aktiv müzakirəsinə və status-kvonun dəyişməsinə yönələn addımlar atacaq.

"2012-ci il Azərbaycanın tarixinə çox uğurlu bir il kimi yazıldı. Çünki Azərbaycanın həm siyasi, həm iqtisadi, həm sosial həyatı, həm də beynəlxalq aləmdə yeridilən siyasət istiqamətində çox böyük uğurlar ilə yadda qaldı. Bu ilin uğurlarını təmin edən, əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyev, onun yeritdiyi siyasət, Azərbaycan xalqının bu siyasəti dəstəkləməsi və Azərbaycana qarşı olan problemlərin aradan qaldırılmasında göstərilən vahid iradə və bütün istiqamətlərdə işin düzgün təşkil olunması nəticəsində bu uğurları biz əldə etdik. Mən inanıram ki, 2012-ci il Azərbaycanın həyatının bütün sahələrində uğurlu il kimi yadda qalmaqla yanaşı, həm də qarşıdakı illərdə daha böyük uğurların əldə olunmasına bir vəsilə olacaq və bu uğurların təmin olunması üçün bünövrə rolunu oynayacaq", - vitse-spiker əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti